Yüz minlərlə yəhudinin Fələstin torpaqlarına yerləşdirilməsi planlaşdırılır

Yüz minlərlə yəhudinin Fələstin torpaqlarına yerləşdirilməsi planlaşdırılır

Sionist İsrail rejimində keçirilən seçkilərdə ikinci partiya olan mərkəz-solçu Sionist Birliyin lideri Ayzak Herzoq yenidən qalmaqallı açıqlamaları ilə gündəmə gəl

 
Ayzak Herzoq sionist rejimin “İsrael Hayom” qəzetinə yeni sionist gəlmələrlə əlaqədar açıqlamalar verib.
 
O, 5 il ərzində işğal altındakı Fələstin ərazilərinə 250.000 sionist yerləşdirməyi planlaşdırdıqlarını söyləyib.
 
Dünyanın müxtəlif bölgələrindən “qaçqın” olaraq yaşayan yəhudiləri işğal altındakı Fələstinə gətirməyi hədəflədikləri söyləyən Herzoq, bölgədəki yəhudilərin yerləşdirilməsinin İsrail rejiminin iqtisadiyyatının inkişafında və siyasi böhranların sona çatmasında böyük rol oynaya biləcəyini iddia edib.
 
Sionist İsrail rejimi 1967-ci ildən bəri işğal etdiyi Fələstin ərazilərində sionist məskunlaşma yerləri salmağa fasiləsiz davam edir.
 
1967-ci ildə ərazidə bir dənə də yəhudi köçkün olmadığı halda, bu gün bu rəqəm 600 mini keçir. Qanunsuz məskunlaşma da Fələstini yəhudiləşdirmək strategiyasının bir hissəsidir./deyerler.org/
 

Google+ WhatsApp ok.ru