Yükdaşıma və sərnişindaşımada bahalaşma

Yükdaşıma və sərnişindaşımada bahalaşma

-- sərnişindaşıma xidmətlərinin qiymətləri 2,2 faiz bahalaşıb

 2017-ci ilin noyabr ayında nəqliyyat xidmətlərinin qiymətlərində əvvəlki ayla müqayisədə bahalaşma var.
 
Dövlət Statistika Komitəsindən AzərTAC-a bildiriblər ki, oktyabr ayı ilə müqayisədə 1,1 faiz bahalaşma baş verib.
 
Yükdaşıma xidmətlərinin qiymətlərinin 0,9, sərnişindaşıma xidmətlərinin qiymətlərinin isə 2,2 faiz bahalaşdığı qeyd edilir.
 
Son bir ayda poçt, kuryer və rabitə xidmətlərinin qiymətlərində isə dəyişiklik müşahidə olunmadığı açıqlanıb.
 

Google+ WhatsApp ok.ru