Yüksək təzyiqə qarşı yaxşı təsir göstərən qidalar

Yüksək təzyiqə qarşı yaxşı təsir göstərən qidalar

Yüksək təzyiq bütün dünyada ən geniş yayılan və qarşısı alına bilən xəstəliklər arasında yer alır. Qidalanma yolu ilə qan təzyiqini nəzarətə ala və yüksək təzyiqin təkan verəcəyi ürək, beyin, göz və böyrək xəstəliklərindən qoruna bilərsiniz.
 
 
Təzyiqi aşağı salan qidalar:
 
1. Tərəvəzlər: Tərəvəzlər təzyiqi aşağı salmaqla yanaşı, daşıdıqları qida lifi, kalium, maqnezium və digər minerallarla ümumi sağlamlığınızı inkişaf etdirməyinizə köməkçi olur.
 
 
2.Dənli bitkilər: Qan təzyiqini aşağı salmağa yardımçı olan və lif baxımından zəngin olan düyü, kəpəkli çörək, arpa və yulaf kimi dənli bitkiləri qidalanma proqramınıza əlavə edə bilərsiniz.
 
 
3. Quru meyvə: Badam, fındıq, qoz və fıstıq kimi quru meyvələr sağlam bir yağ mənbəyi olaraq hər gün qəbul edilə bilər. Həmçinin, bu qidalar yüksək təzyiqi aşağı salmağa kömək edir.
 
 
4. Ədviyyatlar: Həddindən artıq duz istehlakının təzyiqi yüksəltdiyi bilinir. Yeməklərinizdə duz yerinə qurudulmuş ədviyyatlar istifadə edərək natriumun bu mənfi təsirlərindən qoruna bilərsiniz. (deyerler.org)
 

Google+ WhatsApp ok.ru