YƏMƏNƏ QARŞI TƏCAVÜZƏ SON QOYULSUN!

YƏMƏNƏ QARŞI TƏCAVÜZƏ SON QOYULSUN!

-- Azərbaycan Ziyalılar Birliyi dinc xalqın qətliamına etirazını bildirdi

Azərbaycan Ziyalılar Birliyi Səudiyyə Ərəbistanı və müttəfiqlərinin Yəmən Ərəb Respublikasına qarşı həyata keçirdikləri hava hücumlarını pisləyən və dinc xalqın məhvinə yönəlmiş bütün zorakılıq aktlarının dərhal dayandırılmasını tələb edən bəyanatla çıxış edib.
Sənəddə deyilir:
 
Maide.Az-a daxil olan bəyanatda bildirilir ki, “Səudiyyənin rəhbərlik etdiyi koalisiya qüvvələri artıq 3 ildən çoxdur ki, beynəlxalq hüququn əsas prinsiplərini kobud şəkildə pozaraq suveren ölkəyə təcavüz, bütöv bir xalqın qətliamı kimi iyrənc siyasət yeritməkdədir. Baş verənlərin acınacaqlı tərəfi ondan ibarətdir ki, xüsusilə Yəmən əhalisinin əksəriyyətini təşkil edən azadlıqsevər husilər məhz dünya imperializminin oyuncağı olan diktatorun əleyhinə çıxdıqları üçün belə qlobal zülmə məruz qalmışlar. Uzun müddətdir, qanlı qarşıdurmalar, üzücü savaş meydanına çevrilmiş ölkənin təkcə son həftə ərzində dəfələrlə bombalanması nəticəsində yüzlərlə günahsız insan həyatını, sağlamlığını itirmiş, yaşayış məntəqələri yerlə-yeksan olmuşdur.”
 
Belə faciəli mənzərələr önündə susan, ən yaxşı halda isə ümumi statistik məlumatlarla kifayətlənən beynəlxalq qurumları sərt qınayan bəyanat müəllifləri Yəmən xalqının soyqırımına hesablanmış işğalçı prosseslərinə təcili son qoyulmasını və günahkarların məhkəmə qarşısına çıxarılmasını tələb edirlər:
 
“Qərbdən dəstək alan Səudiyyə rejiminin bu hərəkətləri yalnız cinayət xarakterli deyil, kral sülaləsi xalqın azadlıq mübarizəsini boğmaq, hegemon istəklərini marionet diktatura vasitəsilə reallaşdırmaq, ən qorxulusu isə İslami vəhdətdən, İslam ordusu quruculuğundan danışaraq dünya müsəlmanlarını parçalayır və qul edə bilmədiklərinin, hürrfikirlilərin məhvinə çalışırlar.”
 
Bəyanat belə bir arzu və nikbinliklə yekunlaşır:
 
“İnanırıq ki, dünyanın mütərəqqi fikirli liderləri, dövlətləri, eləcə də İslam aləmi yəmənlilərin fəryadına səs verəcək, irticaçı qüvvələr haqlı cəzalarına çatacaq, yalnız bu məmləkətdə deyil, planetimizin hər guşəsində sülh, əmin-amanlıq bərqərar olunacaqdır!”
 

Google+ WhatsApp ok.ru