Yəhudilər fələstinli əkinçilərə hücum etdilər

Yəhudilər fələstinli əkinçilərə hücum etdilər

-- yəhudilərin hücumu nəticəsində İmatin kəndinin əkinçilərindən bəziləri yaralanıb

Yəhudilər dünən Kalkiliya şəhərinin şərqindəki kənd təsərrüfatı sahələrində çalışan fələstinli əkinçilərə hücum ediblər.

Maide.Az "eastnews"-a istinadən xəbər verir ki, bu barədə İordan çayının qərb sahilinin şimalındakı yəhudi məskunlaşmasını izləmə nümayəndəsi Qassan Dağlas açıqlama verib.

Qassan Dağlas Kalkiliya və Nablus arasında kənd təsərrüfatı əraziləridə qurulan "Havat Gilad" yəhudi yaşayış məntəqəsi sakinlərindən bir qrupun tarlalarında çalışan fələstinli əkinçilərə hücum etdiyini açıqlayıb.

Dağlas yəhudilərin hücumu nəticəsində İmatin kəndinin əkinçilərindən bəzilərinin yaralandığını, yaralılardan 62 yaşlı Yusif Berrinin xəstəxanaya çatdırıldığını söyləyib.

"Havat Gilad" sakinlərinin son aylarda fələstinlilərə qarşı hücumlarını artırdığını bildirən Dağlas İsrail qüvvələrinin bu yəhudiləri qoruduğuna diqqət çəkib.

Fələstinli aktivist işğalçı  İsrail rejiminin və ordusunun hüquq pozuntuları qarşısında səssiz qalmasının yəhudiləri fələstinlilərə daha çox hücum etməyə təşviq etdiyini bildirib.  

Google+ WhatsApp ok.ru