Yəhya Sinvar HƏMAS-ın yeni siyasi ofisinin rəhbəri seçilib

Yəhya Sinvar HƏMAS-ın yeni siyasi ofisinin rəhbəri seçilib

Qəzzada İslami Müqavimət Hərəkatının (Həmas-ın) yeni siyasi ofis rəhbəri seçilib.   
 
Maide.Az xəbər verir ki, HƏMAS-ın silahlı qanadı olan "İzzəddin əl-Qəssam" briqadasının yaradıcılarından olan Yəhya Sinvar HƏMAS-ın Qəzza zolağındakı siyasi ofisinin  rəhbəri vəzifəsinə seçilib. 
 
Y.Sinvar sələfi İsmail Haniyəni bu vəzifədə əvəz edəcək. HƏMAS müqavimət hərəkatının siyasi ofisinin rəhbərinin müavini vəzifəsinə isə Hilal əl-Haya seçilib. 
 
Y.Sinvar 1962-ci ildə Qəzzanın cənubunda  Xan Yunus düşərgəsində dünyaya göz açıb. HƏMAS-ın silahlı qanadı "İzzəddin əl-Qəssam" briqadasının yaradıcılarından olan Y.Sinvarın adı 1995-ci ildə ABŞ-ın qara siyahısna düşmüşdür. 
 
Sinvar 1988-ci ildə terrorçuluqda ittiham olunaraq işğalçı İsrail rejimi tərəfindən həbs olunmuş və 4 dəfə ömürlük azadlıqdan məhrum edilmişdir. O, uzun müddət işğalçı rejimin həbsxanalarında saxlandıqdan sonra 2011-ci ildə HƏMAS-ın beş il əsir saxladığı sionist rejim hərbiçisi Gilat Şalitin azadlığı qarşılığında həbsdə olan min fələstinli ilə birlikdə sərbəst buraxıldı. 
 
Sionist rejim KİV-ləri İsmail Haniyənin yerinə Y.Sinvarın seçilməsini HƏMAS-ın hərbi qanadının gücünün artması kimi dəyərləndirib.
 

Google+ WhatsApp ok.ru