Yəmən heyəti İraq rəsmiləri ilə məsləhətləşmə aparıb

Yəmən heyəti İraq rəsmiləri ilə məsləhətləşmə aparıb

İraq xarici işlər naziri Yəmənin idarə olunması üçün Ali Siyasi Şuranın təşkil olunmasını müsbət addım adlandırıb.

İRNA-nın məlumatına görə, İraq xarici işlər naziri İbrahim əl-Cəfəri Bağdadda Yəmən heyəti ilə görüşdə bildirib: "İraq Yəmənin Ali Siyasi Şurasının təşkil olunmasını dəstəkləyir və bu ölkənin idarə olunması üçün müsbət addım hesab edir". 

İraq xarici işlər naziri həmçinin Yəmən xalqının elan olunmamış müharibə qarşısındakı müqavimətini alqışlayıb və əlavə edib: "Yəmən xalqı öz ölkəsini müdafiə edir və onun üçün də qurban verir". 

Yəmən heyətinin rəhbəri Məhəmməd Əbdüssalam da bu görüşdə beynəlxalq ictimaiyyətin Yəmən xalqının qarşılaşdığı səudiyyəli-amerikalı hərbi təcavüz qarşısındakı sükutunu tənqid edib və deyib: Yəmən xalqının hal-hazırda müqavimət və mübarizədən başqa heç bir yolu yoxdur. 

Əbdüssalam həmçinin Yəmən xalqına dəstəyinə görə İraq dövlətinin mövqeyinə öz təşəkkürünü bildirib. 

Yəmənin Ənsarullah Heyəti bazar günü İraq rəsmiləri ilə görüşərək danışıqlar aparmaq məqsədilə bu ölkə paytaxtı Bağdada səfər edib. 

Yəmən heyətinin İraqdan Livana səfər etməsi nəzərdə tutulub.  /

Google+ WhatsApp ok.ru