Yəmən ordusu balistik raketlərini nümayiş etdirdi - VİDEO

Yəmən ordusu balistik raketlərini nümayiş etdirdi - VİDEO

Yəmən ordusu Səudiyyə Ərəbistanın paytaxtı Riyadı  vurduğu balistik raketləri nümayiş etdirib. 
 
Maide.Az xəbər verir ki, "Almasirah" xəbər kanalının məlumatına görə, Yəmən ordusu Riyad yaxınlığındakı hərbi bazaya uğurlu hücumundan sonra “Burkan2” balistik raketinin təqdimatını keçirib. 
 
Məlumata görə, bu raket  “Scud” ballistik raketlərinin inkişaf etdirilmiş modelidir.
  
Yəmən ordusu bəyanat yayaraq bildirib ki, “Burkan2” balistik raketi silahlı qüvvələrin təhqiqat və inkişaf bölumundə və yerli mütəxəssislər tərəfindən istehsal olunub, milli raketdir”. 
 
Qeyd edək ki, Yəmən rəsmi xəbər agentliyi bazar günü elan etmişdi ki, ilk dəfə Yəmən qüvvələri Riyada hücum edib. Ordu bildirmişdi ki, bu hücum Yəmənin balistik raketlərinin uzaq mənzili vurma qabiliyyətinin olduğunu və Riyadı belə bombalama gücünə malik olduğunu göstərdi. (presstv)

Google+ WhatsApp ok.ru