Yəmən ordusu Səudiyyə rejiminin mövqelərini raketlərlə hədəfə aldı

Yəmən ordusu Səudiyyə rejiminin mövqelərini raketlərlə hədəfə aldı

Yəmənli hərbi mənbələr aprelin 18-də ordu birlikləri və Ənsarullah hərəkatının qüvvələri Səudiyyə Ərəbistanının cənubundakı Nəcran və Cizan əyalətlərində rejimin muzdlularının mövqelərini raketlə hədəfə alıb.
 
Hücumlar nəticəsində Səudiyyə rejiminin onlarla əsgəri məhv edilib.
 
Yəmən qoşunları, həmçinin Cizandakı Əl-Müstəhəddis hərbi bazasındakı mövqelərini raketlə məhv edib.
 
"Əl-Mənar" televiziyası isə Yəmənin silahlı qüvvələrinin ölkənin cənub-qərbində yerləşən Taizz əyalətində Səudiyyə rejiminin 2 muzdlusunu zərərsizləşdirdiyini bildirib. (deyerler) /

Google+ WhatsApp ok.ru