Yəmən qüvvələri  balistik raketlə Səudiyyə Ərəbsitan paytaxtında  hərbi bazanı vurub

Yəmən qüvvələri balistik raketlə Səudiyyə Ərəbsitan paytaxtında hərbi bazanı vurub

Yerli KİV-lərin məlumatına görə, Yəmən qüvvələri Səudiyyə Ərəbistanın paytaxtı Riyadı raketlə vurub. 
 
Maide.Az xəbər verir ki, Yəmənin rəsmi xəbər agentliyi bazar günü Yəmən ordusuna istinadən xəbər yayıb ki, Yəmən qüvvələri ilk dəfə olaraq Səudiyyə Ərəbistanın paytaxtı Riyada hücum edib. 
 
Ordunun yayımladığı bəyanatda bildirilir: “Yəmən ordusu Səudiyyə Ərəbistanın paytaxtının qərbində hərbi bazanı hədəfə alıb. Bu hücum Ali Səud rejiminin dinc Yəmən xalqına qarşı ölümcül hücumlarının intiqamını almaq məqsədilə atılıb. Bu hücum Yəmənin balistik raketlərinin uzaq mənzilli hədəfləri məhv etmə gücünün göstəricisi və Riyadı da vura bilərik anlamındadır”.
 
Bəzi KİV-lə məlumat yayıb ki, Səduiyyə Ərəbistanda raket hücumu olunan baza Riyadın 40 kilometrliyində yerləşir. 
 
Səudiyyə Ərəbistan Müdafiə Nazirliyi hələlik bu hücumla bağlı açıqlama yaymayıb. Lakin Səudiyyə vətəndaşlarından bəzisi Tvitter sosial şəbəkəsində Riyadın yaxınlığında yerləşən Əl-Muzahimiyah bölgəsinin qərbində hərbi bazaya hücumlar olunduğuna dair məlumatlar yayıb. 
 
Yəmənin Ənsarullah Hərəkatının sözçülərindən biri deyib ki, bu hücum Yəmənin balistik raketlərinin vurma qabiliyyətini yoxlamaq üçün uğurlu bir sınaq idi. 

Google+ WhatsApp ok.ru