Yəməndə 20 milyondan çox insan vəba epidemiyası təhlükəsi ilə qarşı-qarşıyadır

Yəməndə 20 milyondan çox insan vəba epidemiyası təhlükəsi ilə qarşı-qarşıyadır

Yəməndə 2 ildən artıqdır ki, davam edən və ən az 35 min insanın ölümü ilə nəticələnən Səudiyyə Ərəbistan rejiminin başçılıq etdiyi koalisiyanın hücumları, bu ölkədə ciddi sağlamlıq problemlərinə yol açıb. Belə ki, hazırda Yəməndə 20 milyon 800 min insan vəba xəstəliyi ilə mübarizə aparmaq məcburiyyətindədir. 
 
Maide.Az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ötən ayın ortalarında yayımladığı hesabatda bildirmişdir ki, Yəməndəki vəba artıq 15 əyalətə geniş yayılıb və indiyədək 10 min 184 nəfər vəbaya yoluxmaqda şübhəli bilinir. 
 
ÜST ümumilikdə 156 nəfərdə vəba tapıldığını və vəbaya görə 92 nəfərin həyatını itirdiyini elan edib. 
 
Taiz kimi bəzi bölgələrə səhiyyə işçilərinin girişi çətin olduğu üçün Yəməndə vəbanın yayılması ilə bağlı dəqiq rəqəmlər söyləmək çətinləşir. 
 
Yəmən Səhiyyə Nazirliyinin məsləhətçisi Əli əl-Vəlidi deyib ki, ölkədə yaranmış siyasi və hərbi  vəziyyətə görə, vəba geniş yayılıb.   
 
Qeyd edək ki, vəba xəstəliyi  Yəmənin Səna, Taiz, Aden, Hadidə və Sada bölgələrində geniş yayılıb.

Google+ WhatsApp ok.ru