Yəməndə 4,5 milyon uşaq məktəbə getmək imkanından məhrumdur

Yəməndə 4,5 milyon uşaq məktəbə getmək imkanından məhrumdur

Yəməndə 4,5 milyon uşaq məktəbə getmək imkanından məhrumdur.
 
BMT-nin Uşaq Fondunun (UNİCEF)  mütəxəssisləri bu barədə xəbər verib.
 
Bildirilir ki, UNİCEF monitorinqin yekunları ilə əlaqədar yeni dərs ilinin başlanılması ilə əlaqədar hesabat dərc edib. Sənəddə vurğulanır ki, belə vəziyyətə səbəb Yəməndə münaqişələrlə bağlı müəllimlərin və təhsil müəssisəsinin işçilərinin əmək haqlarının verilməsi ilə bağlı yaranan çətinlik, həmçinin dağılmış, yaxud qəza vəziyyətinə düşməsi göstərilir.
 
BMT-nin məlumatına görə, dövlət qulluqçuları, o cümlədən müəllimlər 2016-cı ilin avqust ayından maaş almır.
 
O da vurğulanır ki, Yəməndə məktəblərin qapıları şagirdlərin üzünə hər il olduğu kimi sentyağrın 1-də yox, təhlükəsizlik naminə bir müddət sonra açılacaq. (faktxeber) /

Google+ WhatsApp ok.ru