Yəməndə 70 nəfər Səudiyyə rejiminin qurbanı olub - VİDEO

Yəməndə 70 nəfər Səudiyyə rejiminin qurbanı olub - VİDEO

Yəməndə son 24 saatda, təxminən 70 nəfər qarşıdurma və bombalama nəticəsində həlak olub.
 
Yəmənin səhiyyə mənbələrindən əldə olunan məlumatlara görə, ölkə miqyasında ən az 66 nəfər, Səudiyyə rejiminin rəhbərlik etdiyi koalisiyanın döyüş təyyarələrinin bombalaması nəticəsində həlak olub. Həlak olanların əksəriyyətinin Səudiyyə rejimi döyüş təyyarələrinin Bab Əl-Məndaba təşkil etdiyi hücumda həlak olduğu vurğulanıb.
 
Səudiyyə döyüş təyyarələri yanvarın 22-də Cəvf vilayətinin Mutun şəhərini 3 dafə bombalayıb. Hücumda bir dinc sakin həlak olub.
 
Səudiyyə Ərəbistanına aid döyüş təyyarələri yanvarın 20-də isə Səna vilayətinin Nehim bölgəsini kasset bombasıyla hədəfə almışdır. Bu hücumda bir yaşlı qadın və 2 uşaq həlak olmuş, bir neçə uşaq da yaralanmışdır.
 
Yəmən ordusu və Ənsarullah hərəkatı qüvvələri Səudiyyə rejiminin cinayətlərinə cavab olaraq Səudiyyə Ərəbistanının cənubundakı Cizan vilayətində bəzi Səudiyyə hərbi maşınlarını artilleriyadan hədəfə alıb. Yəmən snayperləri, həmçinin bir səudiyyəli əsgəri zərərsizləşdirib. Cizanda, həmçinin Səudiyyə ordusuna aid bir hərbi baza partladılıb. (deyerler) /

Google+ WhatsApp ok.ru