Yəməndə bir ay ərzində 250 nəfər vəba xəstəliyindən həyatını itirib

Yəməndə bir ay ərzində 250 nəfər vəba xəstəliyindən həyatını itirib

"Sərhədsiz Həkimlər Beynəlxalq Təşkilatı" beynəlxalq ictimaiyyəti ölkəyə təcili yardım göstərməyə çağırıb
 
Yəmən vəba epidemiyası təhlükəsi altındadır, son bir ayda bu xəstəlikdən 250 nəfər həlak olub, hər gün yüzlərlə insan bu xəstəliyə yoluxur.
 
Maide.İnfo BBC-yə istinadən xəbər verir ki, bu barədə "Uşaqları xilas edin" xeyriyyə təşkilatı bəyanat yayıb.
 
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, vətəndaş müharibəsi gedən ölkədə xəstəlik sürətlə yayılır. Xəstələnənlərin əksəriyyəti paytaxat Sənadadır, artıq hökumət orqanları fövqəladə vəziyyət elan edib.
 
BMT-nin məlumatına görə, burada əhalinin üçdə ikisinin (təxminən 8 milyon nəfər edir - red.) təmiz içməli suya çıxışı yoxdur. Vəba isə çirklənmiş su və ya qidadan keçir.
"Sərhədsiz həkimlər" beynəlxalq təşkilatı epidemiyanın qarşısının alınması məqsədilə beynəlxalq ictimaiyyəti ölkəyə təcili yardım göstərməyə çağırıb.
 
Qeyd edək ki, ötən ildə vəba epidemiyasına görə 115 nəfər həyatını itirib. 
 
Xatırladaq ki, Səudiyyə Ərəbistanın başçılıq etdiyi koalisiya 2 ildən çoxdur ki, bu yoxsul ölkənin ərazisinə təcavüz edib və hər gün bu ölkənin müxtəlif bölgələrini qırıcılarla bombalayır. Bunun nəticəsində  Yəməndə səhiyyə ocaqları, xəstəxanalar və digər tibbi infrastruktur məhv edilib. 
 
Təqribən 3.3 milyon yəmənli ki, onlardan 2.1 milyonu uşaqlardır aclıqdan əziyyət çəkir. BMT elan edib ki, Yəməndə 17 milyon nəfər yaxın zamanlarda aclıqla üzləşəcək. Səudiyyə Ərəbistanı rejimi və müttəfiqlərinin hücumları nəticəsində indiyədək 12 min nəfərdən çox yəmənli həyatını itirib. /

Google+ WhatsApp ok.ru