Yəməndə difteriya bəlası

Yəməndə difteriya bəlası

-- 62 nəfər öldü

Yəmənin Səhiyyə Nazirliyi son 6 ay ərzində ölkədə 933 difteriyaya yoluxma faktını qeydə alıb.

Maide.Az xarici KİV-lərə istinadən xəbər verir ki, bu müddət ərzində həmin xəstəlikdən 62 ölüm halı baş verib.
 
Yəməndə difteriya epidemiyası 2017-ci ilin avqustunda başlayıb. Ötən ilin dekabrında Beynəlxalq Qızıl Xaç Komitəsi difteriyanın yayılma sürətinin artdığını bildirmişdi.
 
Qeyd olunur ki, xəstəlik əsasən Yəmənin iki əyalətində yayılıb.
 
Səudiyyə rejiminin Yəmənə qarşı həyata keçirdiyi təcavüzkar hücumlar bu yoxsul ərəb ölkəsində qidalanma, təmiz su və tibbi ləvazimat çatışmazlığı kimi problemləri yaradıb. Bu, vəba virusu başda olmaqla difteriya epidemiyası kimi xəstəliklərin yaranmasına gətirib çıxarıb. Artıq Yəməndə 2200-dən çox insan vəba xəstəliyindən dünyasını dəyişib.  
 

Google+ WhatsApp ok.ru