Yəməndə hər 5 nəfərdən biri kəskin qida çatışmamazlığından əziyyət çəkir

Yəməndə hər 5 nəfərdən biri kəskin qida çatışmamazlığından əziyyət çəkir

Səudiyyə Ərəbistan rejiminin amansız hava hücumları Yəməni “ağır humanitar fəlakətə” doğru aparır. Bunu "Amnesty International"-ın Yaxın Şərq və Şimali Afrika üzrə əlaqələndirici direktoru Əhməd bin Şamsi RT-ə müsahibəsində deyib. 
 
Maide.Az xəbər veri rki, Ə. Bin Şamsi deyib ki, Yəməndə 3 milyondan artıq insan didərgin düşüb və bu ölkənin əhalisinin 80 faizindən çoxu müxtəlif formalarda humanitar yardımlara ehtiyaclıdır. 
 
Onun sözlərinə görə Yəməndə hazırda dünya üzrə uşaqlar arasında pis qidalanma həddi ən yüksək həddə çatıb. Hesablamalara görə Yəməndə hər 5 nəfərdən biri kəskin qida çatışmazlığından əziyyət çəkir. 
 
Ə.Bin Şamsi deyib ki, dinc sakinlərin qətliamı müharibə qanunlarının aşkar pozulmasıdır. “Yəməndə humanitar vəziyyət getdikcə daha da ağırlaşır. Biz Səudiyyə Ərəbistanın rəhbərlik etidiyi koalisiyannın Yəmənə 61 qanunsuz hava hücumunu qeydə ala bilmişik. Bu hücumların bəzisi hərbi cinayətdir. Bu hücumlar nəticəsində 900-ə yaxın dinc sakin öldürülüb. Səudiyyə rejiminin qırıcıları bu hücumlar zamanı dinc sakinlər, bazarlar, məktəblər, xəstəxanalar və şəxsi evləri hədəfə alıb”.
 
Ə.Bin Şamsi Britaniya, Amerika və Fransadan istəyib ki, Səudiyyə Ərəbistana silah satınışını dayandırsın. /
 
یمنی‌ها در صنعا، پایتخت این کشور، برای یکی از قربانیان حملات هوایی عربستان عزاداری می‌کنند، 28 بهمن 1395 (عکس از خبرگزاری فرانسه

Google+ WhatsApp ok.ru