Yəməndə nadir mumiya kolleksiyası itmə təhlükəsi ilə üzləşib FOTO/VİDEO

Yəməndə nadir mumiya kolleksiyası itmə təhlükəsi ilə üzləşib FOTO/VİDEO

Yəməndə aşkarlanan nadir insan mumiyası kolleksiyası ölkədə 3 ildir davam edən müharibəyə görə itmə təhlükəsi altındadır. Elektrik verilişinin tez-tez kəsilməsi və ekspanatların saxlanılması üçün vacib kimyəvi maddələrin olmaması nəticəsində "ərəb mumiyalar" çürüməyə başlayıb.
 
"Bizə sanitar işlər üçün hər 6 aydan bir kimyəvi maddələr lazımdır, lakin indiki siyasi vəziyyətdə bu mümkün deyil".
 
 
Yəmən ərazisində ilk dəfə mumiyaların varlığı mövcudluğu haqqında XX əsrin ortalarında məlum olub. ABŞ-dan olan arxeoloji ekspedisiyanın rəhbəri Vindol Fils Marib əyalətində mumiyalanmış cəsədin qalıqlarını aşkarlamışdı.
 
 
1983-cü ildə isə Səna əyalətində Şebam əl-Heras ərazisində araşdırmaçılar 26 mumiya aşkarlamışdı. Onlardan bir nümunə tam qorunmuşdu.
 
 
1990-cı ildə daha bir neçə belə mumiya tapılandan sonra Yəmən hökuməti mumiyalara həsr olunmuş xüsusi muzeyin yaradılmasına qərar verir. XXI əsrdə artıq yeni muzeylərin qapıları insanların üzünə açılmalı idi, lakin bir sıra səbəblərdən bu baş vemir.
 
 
Mumiyaların 2,5 min ildən artıq yaşı olduğu düşünülür. Mütəxəssislər hesab edir ki, tapılan mumiyalar Ərəb yarımadasının insanların yüksək inkişaf etmiş olublar: onlar balzamlanmış eksponatların bu günə qədər saxlamağa imkan verən tibbi metodikanı və texnikanı bilirmiş. (faktxeber) /

Google+ WhatsApp ok.ru