Yəməndə onlarla ABŞ əsgəri məhv edildi

Yəməndə onlarla ABŞ əsgəri məhv edildi

Yəmənin Məarib əyalətində amerikalı qüvvələrlə Yəmən tayfaları arasında gedən döyüşlərdə onlarla amerikalı əsgər öldürülüb.
 
Yəmənin tayfa qüvvələrinin mayın 23-də səhər saatlarında Məarib əyalətində Xatla kəndinə qarşı təşkil etdiyi hücumda 30 amerikalı əsgər və xeyli sayda Səudiyyə rejiminin muzdlu döyüşçülərinin öldürüldüyü bildirilib. Hücumda ən azı 7 amerikalı əsgər də yaralanıb.
 
Yerli mənbələr Yəmənin tayfa qüvvələrinin əməliyyatının amerikalı əsgərlərin Ərəb yarımadası Əl-Qaidə (AQAP) terror təşkilatı bəhanəsilə əvvəlcədən kəndə etdiyi hücuma cavab olaraq, həyata keçirildiyini qeyd ediblər. Açıqlamada bu kənddə AQAP yaraqlılarının olmadığı da bildirilib.
 
ABŞ-ın Mərkəzi Qüvvələr Komandanlığından verilən açıqlamada isə, Yəməndə 3 helikopterlə keçirilən əməliyyatda 7 AQAP üzvünün öldürüldüyü qeyd olunsa da, amerikalı əsgərlərin öldürülməsi barədə heç bir məlumat verilməyib. (deyerler) /

Google+ WhatsApp ok.ru