Yəməndə Səudiyyə Ərəbistanın təcavüzü nəticəsində 2 milyon insan evlərindən didərgin düşüb

Yəməndə Səudiyyə Ərəbistanın təcavüzü nəticəsində 2 milyon insan evlərindən didərgin düşüb

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı Yəməndə Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın təcavüzünə görə evlərini tərk edən insanların sayının 2 milyona yaxınlaşdığını bildirdi. 
 
Maide.Az "AA"-a istinadən xəbər verir ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən hazırlanan hesabata görə, Yəmən daxilində evlərindən didərgin düşən yəmənlilərin sayı 1 milyon 980 min 510 nəfərə çatıb. Bunlardan 84 faizi bir ildən çoxdur ki, evlərini tərk etmək məcburiyyətində qalıb. 
 
Müharibədən qaynaqlanan səbəblərdən yaranan böyük problemlərə görə narahatlığını ifadə edən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı bildirib ki, 946 min 44 insan artıq evlərinə geri dönüb. Həmçinin Yəməndə əksəriyyətinin Somali və Efiopiyadan olan 623 min 280 qaçqının olduğu bildirilib. 
 
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı bildirib ki, Səudiyyə Ərəbistanının təcavüzü nəticəsində Yəməndə gedən döyüşlər zamanı ölkə daxilində evlərindən didərgin düşən qaçqınlara bu il yardım üçün 114,6 milyon dollarlıq maliyə vəsaitinin tələb olunduğunu bildirib.  
 
Komissarlıq bu rəqəmin az hissəsini təmin etdiyini lakin hələdə 61,1 milyon dollara ehtiyac olduğunu bildirib. 
 
Qeyd edək ki, bir müddət öncə BMT-nin Humanitar İşlər Yardım Koordinatorluğu Ofisi (OCHA) öz "twitter" səhifəsində verdiyi açıqlamada, işğalçı Səudiyyə Ərəbistanı rejiminin Yəmənə qarşı təcavüzü nəticəsində bu ölkədə 10 milyona yaxın uşağın təcili humanitar yardıma möhtac olduğunu bildirmişdi. 
 
Səudiyyə rejiminin Yəmənə qarşı hərbi təcavüzü nəticəsində indiyədək 12 min yəmənli ölüb, on minlərlə əhali yaralanıb, milyonlarla insan didərgin düşüb və ölkənin infrastrukturu məhv olub. 
 
Səudiyyə Ərəbistanının yoxsul Yəmənə qarşı hərbi təcavüzü Yəmənin ərzaq və dərman çatışmazlığı ilə üz-üzə qoyub və bu ölkədə yoluxucu xəstəliklərin geniş yayılması ilə nəticələnib.    
 

 

Google+ WhatsApp ok.ru