Yəməndə Səudiyyə Ərəbistanın vertolyotu qəzaya uğrayıb, 12 nəfər ölüb

Yəməndə Səudiyyə Ərəbistanın vertolyotu qəzaya uğrayıb, 12 nəfər ölüb

Səudiyyə Ərəbistanın rəsmi xəbər saytı bu ölkə ordusunun vertolyotunun Yəməndə qəzaya uğradığını və 12 səudiyyəli hərbiçinin öldüyünü təsdiqləyib. 
 
Maide.İnfo xəbər verir ki, xəbər agentliyi qəzanın səbəbinin bilinmədiyini və araşdırıldığını yazıb.
 
Bir neçə gün öncə Yəmən Qüvvələri elan etmişdi ki, Səudiyyə Ərəbistanın “Blək Hauk (Black Hawk - Qara qırğı) tipli vertolyotunu Yəmənin şərqində Marib bölgəsində vurub. Vertolyotun vurulması nəticəsində ən az 13 səudiyyə hərbiçisi ölüb. Bundan sonra Səudiyyə Ərəbistanı rəsmiləri bildirmişdi ki, bu vertolyot BƏƏ raket sistemi vasitəsi ilə yalnışlıqla vurulub. 
 
Lakin məlumata görə, həmin vertolyot Ənsarullah hərəkatına yaxın olan sabiq prezient Əli Abdullah Salehin tərəfdarları tərəfindən vurulduğu öz təsdiqini tapıb.
 
Qeyd edək ki, Səudiyyə Ərəbistan 2 ildən çoxdur ki, Yəmənə təcavüzünü davam etdirir. Bu müddət ərzində 12 mindən çox yəmənli həyatını itirib, təqribən 40 min nəfər yaralanıb. 
Səudiyyə Ərəbistan və müttəfiqləri öz hücumları ilə Yəməndəki infrastrukturu, o cümlədən xəstəxanalar, yollar, məktəblər və evləri dağıdıb və milyonlarla yəmənli öz evlərindən didərgin düşmək məcburiyyətində qalıb. (presstv) /

Google+ WhatsApp ok.ru