Yəməndə vəba epidemiyasından həlak olanların sayı 727-yə çatıb

Yəməndə vəba epidemiyasından həlak olanların sayı 727-yə çatıb

Ümumdünya Səhiyyə Təşkilatı Yəməndə vəba epidemiyası səbəbindən həlak olan insanların sayının aprelin 27-dən etibarən 727 nəfərə çatdığını, 91 mindən artıq insanın bu xəstəliyə yoluxduğunu bildirib.
 
Təşkilatın məlumatında deyilir ki, xəstəliyin öldürücülüyü o səviyyəyə çatıb ki, hər saat vəbadan bir insan dünyasını dəyişir. Ölkənin 21 əyalərtindən 19-da artıq vəba xəstəliyindən 727 nəfər həlak olub.
 
ÜST-nin məlumatına görə, aprelin 27-də Yəməndə vəbanın yenidən yayılmasının başlanğıcından bəri 5 iyuna olan hesablamada bu xəstəliyə yoluxan insanların ümumi sayı 91,4 min nəfər təşkil edir. Yoluxanların yarıdan çoxu qadınlardır, 16 minindən çoxu 5 yaşınadək olan uşaqlardır. Yoluxma hallarının yarıdan çoxu Əmanət əl-Əzimə inzibati rayonunda, əl-Hədcə, əl-Əmran, Əl-Hudayda əyalətlərində qeydə alınıb.
 
Qeyd edək ki, Səudiyyə Ərəbistanı rəhbərlik etdiyi koalisiya qüvvələri ilə birlikdə 2014-cü ilin 27 mart tarixindən etibarən Yəməndə legitimliyi dəstəkləmək bəhanəsilə bu ölkəyə hücuma keçib və Yəməni hərtərəfli blokadaya alıb. Məhdud sayda BMT ərzaq və tibb tədarükündən əlavə Yəmənə heç bir ərzaq və tibbi malları buraxmır. (islaminsesi) /

Google+ WhatsApp ok.ru