Yəməndə vəba təhlükəsi: Xəstələrin sayı yarım milyona çatıb

Yəməndə vəba təhlükəsi: Xəstələrin sayı yarım milyona çatıb

BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Cüjarrik Yəməndə vəba xəstəliyinin tüğyan etməsi ilə pisləşən vəziyyət barədə danışıb. O, bildirib ki, infeksiya ölkənin 22 əyalətindən yalnız birinə yayılmayıb.
 
Stefan Cüjarrik həmçinin əlavə edib ki, vəba xəstəliyinə yoluxanların sayı 480 min nəfərə çatıb, infeksiyadan ölənlərin sayı isə 2 min nəfər təşkil edir.
 
Qeyd edək ki, ötən həftə BMT təyyarələri Yəmənin paytaxtı Səna şəhərinə dərman və digər humanitar yardım ötürməyə başlayıb. (faktxeber) /

Google+ WhatsApp ok.ru