Yəməndə vəbadan 1992 nəfər dünyasını dəyişib

Yəməndə vəbadan 1992 nəfər dünyasını dəyişib

Dünya Səhiyyə Təşkilatı tərəfindən dərc olunan hesabatda, Yəməndə vəba xəstəliyinin ilk aşkar olunduğu 27 apreldən bu yana 419 min 804 yoluxmanın müşahidə edildiyi və 1992 nəfərin dünyasını dəyişdiyi bildirilib.
 
Virusun ən çox Hacce, Əl-Hudeydə, İbb və Taiz şəhərlərində can aldığı bildirilən hesabatda, dünəndən bu yana 3 nəfərin öldüyü və bu vəziyyətin ölüm nisbətində azalmağa işarə etdiyi qeyd olunub.
 
Bu ana qədər 405 min 706 nəfərin də xəstəlikdən xilas olduğu vurğulanıb.
 
Xatırladaq ki, Səudiyyə Ərəbistanı Amerikanın və bəzi ərəb rejimlərinin də dəstəyi ilə 2015-ci ilin mart ayından bəri Yəmənə hərbi təcavüz edib və bu ölkəni quru, hava və dənizdən mühasirəyə alıb.
 
Bu hücumlar nəticəsində indiyə qədər 12 mindən çox dinc Yəmən sakini dünyasını dəyişib və on minlərlə insan evlərindən didərgin düşüb. Yəmənə qarşı müharibəyə görə ölkə boyu təxminən 3 milyon insan təmiz içməli su olmaması və zibillərin yığılmaması nəticəsində hər gün vəbaya yoluxma riski ilə üzləşir. (faktxəbər)

Google+ WhatsApp ok.ru