Yəmənin paytaxtında fövqəladə vəziyyət elan olunub - VİDEO

Yəmənin paytaxtında fövqəladə vəziyyət elan olunub - VİDEO

Yəmənin paytaxtı Sənada vəba epidemiyası səbəbindən fövqəladə vəziyyət rejimi elan edilib.
 
Maide.Az xəbər verir ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi elan edib ki, aprelin ayının sonundan Yəməndə vəba epidemiyasında 115 nəfər həlak olub.
 
Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndəsi Dominik Stilhart bildirib ki, ölkənin 14 əyalətində  8,5 mindən çox yoluxma halı qeydə alıblar.
 
D.Stilhart bildirib ki, vəba epidemiyası çirkli su və havaların isinməsi səbəbi ilə daha da geniş formada yayılmağa başlayıb. 
 
Yəmən Səhiyyə Nazirliyi humanitar təşkilatları epidemiya ilə mübarizədə dəstək olmalarına çağırıb.
 
Qeyd edək ki, ötən ildə vəba epidemiyasına görə 115 nəfər həyatını itirib. 
 
Xatırladaq ki, Səudiyyə Ərəbistanın başçılıq etdiyi koalisiya 2 ildən çoxdur ki, bu yoxsul ölkənin ərazisinə təcavüz edib və hər gün bu ölkənin müxtəlif bölgələrini qırıcılarla bombalayır. Bunun nəticəsində  Yəməndə səhiyyə ocaqları, xəstəxanalar və digər tibbi infrastruktur məhv edilib. 
 
Təqribən 3.3 milyon yəmənli ki, onlardan 2.1 milyonu uşaqlardır aclıqdan əziyyət çəkir. BMT elan edib ki, Yəməndə 17 milyon nəfər yaxın zamanlarda aclıqla üzləşəcək. Səudiyyə Ərəbistanı rejimi və müttəfiqlərinin hücumları nəticəsində indiyədək 12 min nəfərdən çox yəmənli həyatını itirib. (presstv)

Google+ WhatsApp ok.ru