Yəmənli qadınlar:Təcavüzkar Səudiyyə rejimi qarşısında kişilərlə çiyin-çiyinə vuruşmağa hazırıq -FOTO/VİDEO

Yəmənli qadınlar:Təcavüzkar Səudiyyə rejimi qarşısında kişilərlə çiyin-çiyinə vuruşmağa hazırıq -FOTO/VİDEO

Yəmənin paytaxtı Sənada qadınlar böyük toplantı keçirərək Səudiyyə Ərəbistanın bu ölkəyə təcavüzü və beynəlxalq ictimaiyyətin Ərəbistanın Yəməndəki cinayətləri qarşısında sükutunu pisləyib. 
 
Maide.Az xəbər verir ki, “Əşiddau ələl-kuffar” (kafirlərə qarşı sərtdirlər) şüarı ilə keçirilən bu toplantıda yəmənli qadınlar bəyanat yayaraq beynəlxalq ictimaiyyət və insan haqları iddiaçılarının Yəməndə qadın və uşaqların qətliamı qarşısında sükut etməsini pisləyib. 
 
Yəmənli qadınlar öz bəyanatında Ərəbistanın Yəmənə qarşı təcavünü dayandırmağı, mühasirənin və sanksiyaların tam qaldırılmasını tələb edib. Bu sanksiyalar 25 milyon yəmənli üçün humanitar faicə yaradır. 
 
Yəmənli qadınlar yəmənli kişilərin təcavüzkar Səudiyyə və onun muzdluları ilə mübarizədə göstərdikləri qəhrəmanlıqları alqışlayıb və yəmənli döyüşçüləri dəstəklədiklərini elan edib. Onlar  öz bəyanatında həmçinin xalqa müraciət edib və xalqı Səudiyə rejiminin vəhşiliyi qarşısında birləşməyə və səbirli olmağa çağırıb. 
 
Yəmənli qadınlar həmçinin lazım gələrsə silaha sarılıb təcavüzkar Səudiyyə rejimi qarşısında kişilərlə çiyin-çiyinə vuruşacaqlarını açıqlayıb.
 
 
 
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru