Yəmənə növbəti təcavüz: dinc əhali öldürüldü

Yəmənə növbəti təcavüz: dinc əhali öldürüldü

-- 18 mülki şəxs ölüb, 13 nəfər yaralanıb

Səudiyyə Ərəbistanın başçılıq etdiyi koalisiya qüvvələri bu gün səhər Yəmənin  Həccə vilayətinə  aviazərbələr endirib. 
 
Maide.Az Yaxın Şərq mənbələrinə istinadən xəbər verir ki, hadisə zamanı 18 mülki şəxs ölüb, 13 nəfər yaralanıb.  
 
Yəmən Müdafiə Nazirliyinin verdiyi açıqlamaya görə, aviazərbələr neft şirkətlərindən birinin ofisinə endirilib. 
 
Ölən və yaralanan şəxslərin hamısı  orda çalışan əməkdaşlar, habelə  yaxınlıqda olan dinc sakinlər olub. 
 
Qeyd edək ki,  koalisiya qüvvələri tez tez Yəməndə mülki obyektləri  atəşə tutur.
 
Beynəlxalq ictimaiyyətin qınaqlarına məhəl qoymayaraq öz təcavüzkar siyasətini  davam etdirir. 
 
 

Google+ WhatsApp ok.ru