Zığ-Hövsan yolunun bir hissəsi 15 günlük bağlanacaq

Zığ-Hövsan yolunun bir hissəsi 15 günlük bağlanacaq

 
Sürücülərə alternativ yollardan istifadə etmək tövsiyə edilir
 
Bakının Zığ-Hövsan avtomobil yolunun yenidən qurulması işləri çərçivəsində oktyabrın 3-dən etibarən yüksəktəzyiqli qaz borularının dəyişdirilməsi işlərinə start veriləcək. 
 
Maide.Az xəbər verir ki, "Azəravtoyol" ASC-dən verilən məlumata görə, qeyd edilən tarixdə səhər saat 10:00-dan etibarən 15 gün müddətinə Zığ-Hövsan yolunun bir hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
 
Sürücülər alternativ olaraq Zığ-Suraxanı avtomobil yolundan istifadə edərək yenidən Hövsan yoluna çıxmaqla və ya Zığ-Hava limanı avtomobil yolundan ( beton yol ) istifadə edərək birbaşa Hövsan qəsəbəsinə daxil olmaqla hərəkət istiqamətlərinə uyğun yollarına davam edə bilərlər. (report)/

Google+ WhatsApp ok.ru