Zəvvarların Hira həyəcanı (FOTO)

Həc ibadəti üçün Məkkə şəhərinə gedən zəvvarlar bölgədəki müqəddəs yerlərdə ziyarətə başlayıblar. Zəvvarlar Məkkənin 5 km şimal-şərqindəki Hira mağarasının olduğu Nur dağına gediblər. Həc ibadətinin vacib əməllərindən biri olmayan bu ziyarəti zəvvarlar könüllü şəkildə həyata keçirirlər. 

Hira mağarası İslam peyğəmbəri Həzrəti Muhammədə (ƏS) Allah tərəfindən ilk vəhyin gəldiyi müqəddəs məkandır. Nur dağının zirvəsində olan Hira mağarası sadəcə bir nəfərin ayaq üstə dayana biləcəyi və yerdə uzana biləcəyi ölçülərdədir. 

İslam mənbələrində bildirildiyinə görə, Həzrəti Muhamməd (ƏS) 40 yaşına yaxınlaşdığı zaman vaxtaşırı gündəlik həyatda təcrid olaraq bu mağarada təfəkkürlə məşğul olurmuş. Bu vəziyyət təxminən 1-2 il davam edib və 40 yaşında ikən ramazan ayının Qədr gecəsində ona ilk vəhy gəlib. 

Böyük mələk Həzrəti Cəbrail (ƏS) vasitəsi ilə gətirilən vəhy “Ələq” surəsinin ilk 5 ayəsi olub: 

“(Ya Peyğəmbər! Qurani-Kərimi bütün məxluqatı) yoxdan yaradan Rəbbinin adı ilə (Bismillah deyərək) oxu! O, insanı laxtalanmış qandan yaratdı. (Ya Peyğəmbər!) Oxu! Sənin Rəbbin ən böyük kərəm sahibidir! O Rəbbin ki, qələmlə (yazmağı) öyrətdi. (O Rəbbin ki) insana bilmədiklərini öyrətdi...” /Ələq-1,2,3,4,5/

























































 

Google+ WhatsApp ok.ru