Zəvvarlar bu il hədiyyələrə nə qədər pul sərf edəcək?

Hər il olduğu kimi Həcc ziyarətini yerinə yetirəndən sonra Səudiyyə Ərəbistanından hədiyyələr alan zəvvarlar, bu il təxminən 600 milyon dollar sərf edəcəklər. Bu məbləğ adam başına 400 $ təşkil edir. Bu sözləri Ciddə şəhər Ticarət Palatasının sədri İbrahim Bəttarci deyib.
Maide.az-ın məlumatına görə, İ.Bəttarci bildirib ki, hər bir zəvvarın xərcləri onun gəldiyi ölkədən, onun gəlirlərindən və digər amillərdən asıllıdır.
Sədr həmçin qeyd edib ki, adətən orta hesabla zəvvarlar hədiyyələrə 350-430 dollar sərf edirlər, onlar çox vaxt xalça, milli geyim, qızıl və təsbeh alırlar.
O qeyd edib ki, zəvvarların sayının nisbətən azalması ilə əlaqədar, bu il hədiyyələrə sərf olunan məbləğ də azalıb.
Qeyd edək ki, hədiyyə bazarı 3 şəhərdə cəmləşib : Ciddə, Mədinə, və Məkkədə.
Zəvvarlar qızılı əsasən Ciddə və Məkkədən alırlar. Hədiyyələrin ümumi dəyəri əsasında bu giymətli metalın payı 10-15% təşkil edir, lakin bu il qızılın giyməti düşdüyüyndən bu göstərici 20%-a çatacağı güman olunur.  //
 

 

Google+ WhatsApp ok.ru