Zərif: Yekun anlaşmanın yazılması prosesinə bu gündən start veriləcək

İranın xarici işlər naziri İran və 5+1 qrupu arasında yekun nüvə anlaşmasının mətninin hazırlanmasına bu gündən start veriləcəyini bildirib.
 
Maide.az-ın məlumatına görə, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif öz facebook səhifəsində yazıb ki, əməkdaşlarım bu gündən etibarən Vyanada İran və 5+1 qrupu arasındakı yekun anlaşmanın mətninin hazırlanmasına başlayacaqlar və gələn həftədən etibarən bu məsələ NPT protokolunun yenidən araşdırılması iclası kənarında Nyu-Yorkda onun iştirakı ilə daha ciddi formada izləniləcək. 
 
İran və 5+1 qrupu arasında məsləhətləşmələrin yeni dövrü xarici işlər nazirləri müavinləri səviyyəsində və Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsinin müavini Helqa Şmidtin iştirakı ilə keçirilməlidir. 
 
Bundan başqa, sanksiyalar və nüvə məsələləri ilə bağlı ekspertler səviyyəsində də iclaslar keçiriləcək. 
 
Cümə günü də nazir müavinləri səviyyəsində müzakirələrin baş tutması qərara alınıb. 
 
İranın xarici işlər nazirinin müavinləri Seyid Abbas İraqçı və Məcid Təxt Rəvançi, Xarici İşlər Nazirliyinin Siyasi və Təhlükəsizlik Baş İdarəsinin müdiri Həmid Bəidinejad, habelə İranın nüvə müzakirə heyətinin digər üzvləri bu gün səhər Vyanaya səfər etməli idilər.

Google+ WhatsApp ok.ru