Zərif: Daim İraqın dövləti və xalqının kənarında durmuşuq

İranın xarici işlər naziri İraqa səfərinin sonuncu mərhələsində bazar ertəsi günü axşam İraq Ali İslam Məclisinin sədri höccətülislam vəlmuslimin Seyid Əmmar Həkimlə görüşüb.
 
Maide.az-ın məlumatına görə, bu görüşdə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif İraq xalqının ifratçılıq və terrorizmlə mübarizənin ön cəbhəsində durduğunu bildirib: "Biz də bu yolda daim İraqın dövləti və xalqının yanında olacağıq. Bizim region kobudluq və ifratçılığa düçar olub və hiss edirik ki, bəzi region ölkələri də bir dəlil olmadan və illüziyalara əsasən, onu qızışdırırlar.Biz və bütün region ölkələri müştərək düşmənə malikik və bu düşmən üçün şiə, sünni, kürd, türk və ərəbin fərqi yoxdur."
 
Zərif İranın regiondakı xeyirli niyyətini vurğulayaraq, bildirib ki, regionun və onun ölkələrinin təhlükəsizliyini öz təhlükəsizliyimiz bilirik.

Google+ WhatsApp ok.ru