Zəncanda Əhli-Beyt (ə) aşiqlərinin “Youmul-Abbas” günündə 100 minlik toplantısı -FOTO

Hər il məhərrəm ayının 8-ci günü Tasua axşamı  dünyanın müxtəlif yerlərində İmam Hüseyn (ə) aşiqləri İranın Zəncan şəhərinə axışır.
 Maide.az xəbər verir ki, Zəncanda Tasua gecəsi əhalinin geniş iştirakı ilə əzəmətli əzadarlıq mərasimi keçirilib.  “Youmul-Abbas” günü kimi məşhur olan məhərrəm ayının 8-ci günü mərasimində yüz minlərlə insan Zəncanın Əzəm Hüseyniyyəsi (ə) qarşısında toplaşır və əzadarlıq məclisi keçirirlər. 
Əzadarlıqda xarici ölkə vətəndaşları da geniş iştirak edir. Bu gündə günortadan sonra bu əzəmətli mərasim təşkil olunub.
Qeyd edək ki, bu ilki mərasimdə İranın bir sıra yüksək vəzifəli şəxsləri o cümlədən müdafiə naziri Hüseyn Dehqan, Ali Liderin ofisinin rəhbəri Məhəmmədi Qulpayqani, prezidentin ofisinin rəhbəri Məhəmməd Nahavəndian, səhiyyə naziri Həsn Qazizadə Haşimi , sosial müdafiə və əmək naziri Əli Rəbii,  Tehranın meri Məhəmməd Qalibaf və bir sıra digər rəsmilər iştirak edib.  /
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru