Zəlzələdə ölənlərin sayı artır - 23 nəfər

Tayvanda baş vermiş güclü zəlzələ nəticəsində həlak olanların sayı 23 nəfərə çatıb, onlardan 6-sı uşaqdır. Təxminən 120 insan isə dağıntılar altında qalıb.
 
Axtarış-xilasedici əməliyyatlara 600-dən çox insan, 150-dən artıq texnika cəlb olunub.
 
ABŞ geoloji xidmətinin məlumatına görə, 6,4 bal gücündə təkanlar ölkənin cənubunda qeydə alınıb. Zəlzələ ocağı on kilometr dərinlikdə yerləşib. Təbii fəlakətdən ən çox Taynan şəhərinin zərər çəkdiyi bildirilir./
 

Google+ WhatsApp ok.ru