Zərif: `ABŞ, 11 sentyabrda əli olanlardan deyil, bizdən kompensasiya gözləyir`

İranın xarici işlər naziri Amerikanın “Newyorker” jurnalına müsahibə verib.
 
Müsahibə zamanı maraqlı məqamlara toxunan Məhəmməd Cavad Zərif, müxtəlif mövzularla bağlı fikirlərini bildirib.
 
İranın nüvə müzakirələri barədə açıqlama verən Zərif, müzakirələrin əsas problemi barədə deyib: “Əsas problem, Amerikanın dünya bank və tacirləri arasında İranla həmkarlıq etmək istiqamətində yaratdığı qorxunu aradan aparmamasıdır. ABŞ, banklara keçmişin keçmişdə qaldığını deməli idi. Biz hazırda ABŞ-ın dünyaya, İranla ticari əlaqələrin heç bir təhlükə yartmadığını etiraf etməsini gözləyirik. Vəssəlam!”
 
Zərif 2 ölkə arasında olan etibar məsələsinə də toxunaraq deyib: “Biz ölkələr arasında olan güvənsizlik məsələsini həll etməyə ümüd edirdik və mən hələ də çox gec olmadığına inanmıram. Onlar bizi 11 sentyabr qurbanlarının ailələrinə konpensasiya ödəməyə məcbur etmək istəyirlər. ABŞ-ın ədalət sistemlərinə qarşı bütün hörmətim aradan getdi. 11 sentyabr hadisəsində həqiqətən rolu olan ölkələrin bu işə cəlb olunmaması halda, bizi buna necə məcbur edə bilərlər axı?”
 
Rəsmi Vaşinqtonun İranın raket sınaqlarını qınamasına toxunan Zərif bildirib: “Bu ABŞ-ın problemidir ki, hamının işinə qarışa biləcəyini düşünür. Bu raket sınaqları bizim təbii haqqımızdır. Biz açıq-aşkar dedik ki, biz raketlərdən sadəcə müdafiə üçün istifadə edəcəyik. Gözləntiniz nədir? İran ölsün? İran-İraq müharibəsini siz yaratmısınız. Kimyəvi raketlərinizin İranın şəhərlərinə atdığınız günləri xatırlayırsınızmı? Bilin ki, İran heç bir ölkəyə hücum etməyəcək. Bu qədər sadə və şəffaf.”
 
Suriya böhranına da toxunan nazir son olaraq deyib: “Cenevrədə bu gün bu sözləri eşidirsiniz: “Bəşər Əsəd getməsə müharibə başladacağıq”. Lakin hamı Əsədin getməyəcəyini yaxşı bilir.”(İslamazeri.az)
 

 

Google+ WhatsApp ok.ru