Zəncanda Əhli-Beyt (ə) aşiqlərinin “Youmul-Abbas” günündə əzəmətli toplantısı (FOTO,VİDEO)

Zəncanda Əhli-Beyt (ə) aşiqlərinin “Youmul-Abbas” günündə əzəmətli toplantısı (FOTO,VİDEO)

Hər il məhərrəm ayının 8-ci günü Tasua axşamı  dünyanın müxtəlif yerlərində İmam Hüseyn (ə) aşiqləri İranın Zəncan şəhərinə axışır.

Maide.Az  İran televiziyasının rəsmi xəbər saytına istinadən xəbər verir ki, Zəncanda Tasua gecəsi əhalinin geniş iştirakı ilə əzəmətli əzadarlıq mərasimi keçirilib.  “Youmul-Abbas” (Abbas günü) günü kimi məşhur olan məhərrəm ayının 8-ci günü mərasimində yüz minlərlə insan Zəncanın Əzəm Hüseyniyyəsi (ə) qarşısında toplaşır və əzadarlıq məclisi keçirirlər. 
 
Əzadarlıqda xarici ölkə vətəndaşları da geniş iştirak edir. Bu gündə günortadan sonra bu əzəmətli mərasim təşkil olunub.
 
Qeyd edək ki, bu ilki mərasimdə İranın bir sıra yüksək vəzifəli şəxsləri iştirak edib.
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru