Zəncirsiz yeni nəsil velosipedlər

Zəncirsiz yeni nəsil velosipedlər

CeramicSpeed tərəfindən yaradılan zəncirsiz velosiped elmi-fantastik filmlərdən gəlmiş kimi görünür. Həm sürət artımı, həm də daha təmiz bir gediş vəd edən bu velosipedləri gələcəkdə hər yerdə görə bilərik.
 
CeramicSpeed firması tərəfindən yaradılan yeni çarx sistemi sayəsində artıq yağı sağa sola bulaşan, sizi yol ortasında buraxan zəncirlər geridə qalacaq.
 
Sistem olduqca sadə və bir o qədər kompleks quruluşdadır. Zəncirlərin yerini üfüqi konuslandırılmış və bir-birinin içinə keçən dişlilər tutur. Zəncirli sistemə görə həm daha az enerji xərcləyirsiniz, həm də daha çox yol gedə bilərsiniz.
 
Bu çarx sisteminin yeganə problemi dişlilərin ciddi bir şəkildə təhlükə yaratmasıdır. Bir-birinə dolaşıq halda o qədər çox diş var ki, bunların arasına barmağın qalması fəlakətlə nəticələnə bilər.
 
Velosiped bu an üçün yalnız ideya mərhələsindədir. Bəli, ortada yaradılan bir çarx sistemi var, ancaq bunun velosipedlərə nə vaxt tətbiq edilə biləcəyi naməlumdur. 2020-ci ilə qədər Eurobike tərəfindən dizayn mükafatına layiq görülən velosipedin prototpipinin ortaya çıxması gözlənilir. (deyerler.org)
 

Google+ WhatsApp ok.ru