Zərif: ‘Bu sadəcə iqtisadi müharibə deyil, həm də iqtisadi terrordur’

Zərif: ‘Bu sadəcə iqtisadi müharibə deyil, həm də iqtisadi terrordur’

İran xarici işlər naziri  Məhəmməd Cavad Zərif seldən əziyyət çəkən  şəxslərə yardım edən  Qızıl Aypara Cəmiyyətinin işinə təsir edən  ABŞ-ın qanunsuz  sanksiyalarını pisləyib. 
 
Maide.Az xəbər verir ki,  M.C.Zərif öz "twitter" səhifəsində yazıb: “ABŞ prezidenti Donald Trampın “maksimal təzyiqi”,  BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinə və Beynəlxalq Ədalət Məhkəmənin qərarlarına əməl olunmaması İranda selin törətdiyi fəsadlardan əziyyət çəkən əhaliyə yardım səylərinə mane olur. Qadağan olunmuş  məhsullardan biri də yardım üçün istifadə olunan vertolyotlardır.  Bu sadəcə iqtisadi müharibə deyil, həm də iqtisadi terrordur"
 
Qeyd edək ki, ötən günlər ərzində  güclü yağışlar nəticəsində İranın 18 bölgəsində sel və daşqınlar baş verib. 45-dən çox insan həyatını itirib, onlarla insan yaralanıb. Bir neçə şəhər və kəndi su basıb.  Sel və daşqınlar kənd təsərrüfatına, dəmir yolu və maqistral yollara,  şəhərlərdə infrastruktura külli miqdarda  ziyan vurub.
 

 

Google+ WhatsApp ok.ru