Zəncanda 'İslami müqavimət ədəbiyyatında Dağlıq Qarabağın yeri' adlı konfrans keçirilib

Zəncanda 'İslami müqavimət ədəbiyyatında Dağlıq Qarabağın yeri' adlı konfrans keçirilib

İranın Zəncan şəhərində  "İslami müqavimət ədəbiyyatında  Dağlıq Qarabağın yeri" adlı beynəlxalq konfrans keçirilib.

Maide.Az-ın İran KİV-lərinə istinadən xəbər verir ki, konfrans Zəncanın "Əzəm" hüseyniyyəsinin ədəbiyyat ofisi və  Əhli-beyt (ə) şairi Ustad Vəliyullah Kəlami Zəncaninin  təşəbbüsü ilə təşkil olunub.

Konfransda  Azərbaycan və Rusiyadan nümayəndələr iştirak edib.

Konfransın açılışında çıxış edən Zəncanın "Əzəm" hüseyniyyəsinin ədəbiyyat üzrə rəhbəri Vəhid Allahverən deyib ki,  İslam dünyasının dərdi olan Dağlıq Qarabağın məzlumluğu hər gün dünya müsəlmanları tərəfindən daha çox görülür. "Bu ilahi lütfin nişanəsidir. Ümid edirik  işğal olunmuş bu torpaqlar  dünya müsəlmanlarının əli ilə azad olacaq və 40 mindən çox şəhidin qanı yerdə qalmayacaq.”

Konfransın katibi  ustad Vəliyullah Kəlami  bildirib ki, bütün hücumlar və saxtakarlıqlar qarşısında şeir güclü bir silahdır.

"Ali Rəhbər Qarabağı İslam torpağı bilir. Bu gün islami müqavimət ədədbiyyatında  Dağlıq Qarbağın yeri zəifdir, lazimi diqqət olunmayıb".

O qeyd edib ki, konfransın keçirilməsində məqsəd  Dağlıq Qarabağın müqavimət şerində yerini güclındirməkdir.  Bunun üçün bir şeir komitəsi də yaradılıb.

Sonda Dağlıq Qarabağ mövzusunda yazılmış  şeirlər oxunub və bir neçə şeir seçilib.

Google+ WhatsApp ok.ru