Zəvvarların ilk qrupu Vətənə dönüb

Zəvvarların ilk qrupu Vətənə dönüb

Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarların ilk qrupu bu gün Vətənə dönüb.
 
Maide.Az bildirir ki,bu barədə FaktXəbər-ə Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.
 
Zəvvarların ilk qrupunu gətirən təyyarə saat 14:20-də Bakıya çatıb.
 
Qeyd edək ki, bu il Azərbaycandan Həcc ziyarətinə getmək üçün 1400 nəfərlik kvota qoyulub.
 
Xatırladaq ki, zəvvarların avqustun 21-dən 25-ə qədər Həcc ziyarətindən Azərbaycana dönmələri planlaşdırılır. Onlar 8 təyyarə reysi ilə geri qayıdacaqlar.
 
Bu il Azərbaycandan Həcc ziyarətinin qiyməti 4285 dollar təşkil edir.
 

Google+ WhatsApp ok.ru