Zərif: Hücumlar BMT qətnaməsi çərçivəsində həyata keçirilib

Zərif: Hücumlar BMT qətnaməsi çərçivəsində həyata keçirilib

İran xarici işlər naziri Məhəmməd Cavad Zərif bildirib ki, İran BMT-nin 51-ci qətnaməsi əsasında özünümüdafiə çərçivəsində ABŞ-ın qorxaq sui-qəsdinə cavab verib.
 
Maide.Az xəbər verir ki, M.C.Zərif deyib ki, İran ABŞ-ın ölkə vətəndaşına və rəsmilərinə  qarşı qorxaq sui-qəsdinə cavab verib.
 
M.C.Zərif deyib ki,  biz  gərginiliyi artırmaq və ya müharibə etmək niyyətində deyilik.  Lakin  hər bir hücum qarşısında özümüzü müdafiə  edirik.
 
ABŞ prezidenti Donald Tramp hücumlara Tvittet üzərindən münasibət bildirib: "Raketlər İrandan İraqda yerləşən iki bazamıza atılıb. Tələfat və itkinin hesablamasını aparırıq. Hər şey normal gedir. Mən sabah bəyanat verəcəyəm".
 

Google+ WhatsApp ok.ru