Zərdab rayonunda örüş yerinə görə etiraz aksiyası keçirilib

Zərdab rayonunda örüş yerinə görə etiraz aksiyası keçirilib

Zərdab rayonundan Azadlıq Radiosuna verilən məlumata görə, Çallı kənd sakinləri fevralın 20-i, günün ikinci yarısı rayon mərkəzinə doğru yürüş ediblər.
 
Sakinlərin bildirməsinə görə, onlar saxlanan 3 nəfərin azad olunmasını tələb ediblər.
 
Verilən məlumata görə, bundan sonra həmin 3 nəfər azad olunub, rayon icra hakimiyyətinin başçısı isə etirazçılarla görüşmək üçün Çallı kəndinə gəlib.
 
Sakinlərin habelə, vurğulamasına görə, icra başçısı vətəndaşları dinləyib və bildirib ki, məsələ ciddi şəkildə araşdırılacaq
 
Amma bu deyilənlərə, hələlik, nə Zərdab rayon İcra Hakimiyyətindən, nə də polisdən münasibət almaq mümkün olub.
 
Qeyd edək ki, fevralın 20-də Zərdab rayonun Çallı kəndinin bəzi sakinlərinin etiraz aksiyası keçirib.  Yerli sakinlər deyiblər ki, örüş sahələri bəzi kənd sakinlərinə və həmçinin keçmiş icra başçısına verilib:
 
"Uzun illərdir ki, qanunsuz verilmiş bu sahələri geri qaytarmırlar. Camaat da dözməyib örüş torpaqlarına öz heyvanlarını salıb, yanında dayanırlar. Bu gün, fevralın 20-də isə ora polis gəlib, üç nəfəri saxlayıblar..." - sakinlərdən biri vurğulayıb.
 
 
 

 

Google+ WhatsApp ok.ru