Zabrat və Maştağaya gedən sürücülərin diqqətinə: Cərimə oluna bilərsiniz

Zabrat və Maştağaya gedən sürücülərin diqqətinə: Cərimə oluna bilərsiniz

-- Ekspert Ərşad Hüseynov yeni dəyişikliklərin doğru izahını verib

Bakı Olimpiya stadionunun yanında, aeroport yolunun altından keçən yeni tunel istifadəyə verildi. Bu tunel Ziya Bünyadov prospekti ilə hərəkət edən avtomobillərin, aeroport və Zabrat, Maştağa istiqamətində hərəkətini xeyli  asanlaşdıracaq. Həmçinin Koroğlu  metrosu ətrafında sıxlıq və tıxac yaranmasının qarşısını əhəmiyyətli dərəcədə alacaq. Amma  tunel yeni  açıldığına görə, sürücülər diqqət etməlidilər ki, orada səhv edib, cərimə olunmasınlar. 
 
Maide.Az xəbər verir ki, Yol hərəkəti təhlükəsizliyi üzrə ekspert Ərşad Hüseynov Avtosfer.az-a bildirib ki, tunel istifadəyə veriləndən sonra aeroport yolundan  Zabrata, Mastağaya və o istiqamətə dönmək üçün  hərəkət sxemi ciddi şəkildə dəyişdirilib. 
 
“Əsas dəyişiklik ondan ibarətdir ki,  Koroğlu nəqliyyat qovşağından keçərək Zabrata, Maştağaya  getmək istəyənlər əvvəlki kimi  Sabunçu qovşağıdakı körpünün yanından sağa  dönə bilməyəcəklər. Tunellə eyni zamanda həmin istiqamətə dönmək üçün  yeni bir yol da istifadəyə verilib. Koroğlu qovşağından keçib Zabrata, Maştağaya dönmək istəyən sürücülər, körpülərin altından keçəndən az sonra sağa  şaxələnən iki zolaqlı  yola keçməli və  tunelin çıxışının sağ tərəfindən keçərək   körpünün üstünə qalxmaqla əvvəlki kimi sözügedən istiqamətlərə gedə bilərlər. Amma kimsə  həmin yerdə  sağa dönməyib tunelin bərabərindən qabağa keçirsə artıq  qaydaları pozmuş olur.  Sürücülər diqqət etməlidirlər ki, tunelin çıxışından sonra aeroport yolunun əsas hissəsi ilə düzünə gedən nəqliyyat vasitələrinin tunelin çıxışı istiqamətində sağa dönməsi və körpünün üstünə qalxması qadağan olunub. 
 
Ə. Hüseynov bildirib ki, indiki vəziyyətdə yalnız  tuneldən çıxan  nəqliyyyat vasitələri  sola  yer dəyişmə edib aeroport  istiqamətindən hərəkətlərini davam etdirə və tuneldən çıxandan sonrada   yenə də  körpünün  üzərinə qalxalaraq Zabrat Maştağa istiqamətinə dönə bilərlər. 
 
“Tunelin sol  tərəfindən  keçən nəqliyyat vasitələri isə yalnız düzünə hərəkət edə bilər. Sürücülər nəzərə alsınlar ki, burada aeroport yolunun bəzi yerlərində olduğu kimi, qoşa xətt deyil, standarta, qanunvericiliyə uyğun olaraq 1.11 nişanlanma xətti çəkilib. Həmin 1.11 nişanlanma xətti  tunelin çıxışını keçdikdən sonra aeroport yolunun əsas hərəkət hissəsindən sağa  yerdəyişməni  qadağan edir. Lakin tuneldən çıxanların sola yerdəyişmə edərək aeroport istiqamətində hərəkətlərini davam etməsinə  icazə verir.  Buna diqqət etmək lazımdır,  çünki  tunelin çıxışından sonra  aeroprta gedən əsas yoldan sağa dönmək istəyən sürücülər həmin xəttin tələblərini pozacaq və buna görə  Dövlət Yol Polisi əməkdaşları onların barəsində cərimə yazacaq.”
 
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru