ZAHİDLİK VƏ DÜNYANI TANIMAQ

İmam Əli (ə) buyurmuşdur:

الزَّاهِدُ فىِ الدُّنْيا كُلَّما ازْدادَتْ لَهُ تَجَلِّياً ازْدادَ عَنْهُ تَوَلِّياً؛

“Dünyada zahid şəxs dünyanın mahiyyətini nə qədər çox tanıyarsa, bir o qədər də dünyadan uzaqlaşar.”

(“Biharul-ənvar”, 74-cü cild, səh. 419.)

 

ŞƏRH VƏ TƏFSİR

İnsanın düçar olduğu əxlaqi sarsıntılar və pozğunluqların çoxu mərifətsizlikdən qaynaqlanır. Bu isə aradan qalxdıqda və insanın mərifəti kamilləşdikdə, əxlaqi gərginliklər və pozğunluqlar da aradan qalxır.

Görəsən, bəzilərinin dünyaya bağlanmasının səbəbi nədir? Səbəbi odur ki, onlar dünyanın ötəri və aldadıcı bəzəyini yaxşı tanımamışlar. Aydındır ki, biz “əxlaq”ı “elm” və agahlıqla bərabər bilmirik, belə ki, instinktiv hisslərin onunla əsla bir bağlılığı olmasa da, sözsüz, əxlaq və bəyənilən rəftarlar elm və agahlıqdan baş qaldırır. Demək, dünyapərəstlər dünyanın vəfasızlığını, etibarsızlığını, ötəriliyini və müxtəlif ağrı-acılarla yanaşı olduğunu anlasalar, heç vaxt dünya düşkünü olmazdılar.

Deyirlər ki, bir şəxs bir şahın görüşünə gedib deyir: “Çox istərdim ki, bir gün sənin kürsündə əyləşim və hər şeyə sahib olum!” Şah onun istəyini qəbul edib, onu şahlıq taxtında əyləşdirir və göstəriş verir ki, onun başı üstə iti bir xəncəri nazik tüklə göydən assınlar. O, xəncəri gördükdə, həyəcanla “Bu xəncər nədir?” – deyə soruşduqda deyirlər: “Bu, hökumətin çətinlik və bəlalarıdır, gərək ona dözəsən!” Nəhayət, o, qorxu ilə günəşin batacağını gözləyir. Günəş batdıqdan sonra kürsüdən düşüb, rahat nəfəs alaraq deyir: “Nə yaxşı ki, şah olmamışam!”

Əlbəttə, “zahidlik” dedikdə, tərki-dünyalıq yox, əksinə dünyaya bağlı olmamaq nəzərdə tutulur; hərçənd, ondan düzgün istifadə etsə də belə!

Rza Şükürlü

Google+ WhatsApp ok.ru