Zakir Həsənov: Əsgərlərimizin qisası birə on qat alındı

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov bayram təbrikində bu il cəbhədə baş verən hadisələrə toxunaraq bildirib ki, vəziyyət xeyli gərginləşdiyi vaxtlarda xalqımız növbəti dəfə Azərbaycan əsgərinin fədakarlığının şahidi oldu: “İşğalçıların planlaşdırdığı əməliyyatlar qabaqcadan aşkar olundu, onlar canlı qüvvə və döyüş texnikasında xeyli itki verərək geri çəkilməyə məcbur edildi. Döyüşlərdə şəhidlər versək də, xalqımız bilməlidir ki, hərbi qulluqçularımızın qisası birə on qat alındı və bundan sonra da alınacaqdır. Biz düşmənə tarixi torpaqlarımızda rahatlıq verməyəcək və Azərbaycanın ərazi bütövlüyünü bərpa edəcəyik”.

Google+ WhatsApp ok.ru