Zakir Həsənov iranlı həmkarı ilə qoşunların təmas xəttində yaranmış gərginliyi müzakirə edib Böyüt

 Aprelin 3-də Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov İran İslam Respublikasının Müdafiə və Silahlı Qüvvələrə dəstək naziri general-mayor Hüseyn Dehqan ilə qoşunların təmas xəttində yaranmış gərginliyi telefon vasitəsilə müzakirə ediblər.
 
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, danışıqlar zamanı, general-mayor H.Dehqan İran İslam Respublikasının Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bir daha qeyd edərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin qısa müddət ərzində beynəlxalq hüquq normaları əsasında həll olunacağına ümid etdiyini bildirib. O, İranın Azərbaycan tərəfinə münaqişənin həll olunması istiqamətində yardım və dəstəyini təklif edib.
General-polkovnik Zakir Həsənov dəstəyə görə minnətdarlığını ifadə edib. /

Google+ WhatsApp ok.ru