Zaqatalada avtomobil hasara çırpılıb, bir nəfər ölüb, iki nəfər xəsarət alıb

Zaqatalada baş verən ağır yol qəzasında bir nəfər ölüb, iki nəfər isə xəsarət alıb. Hüquq mühafizə orqanlarından Hadisə rayonun Donbabinə kəndində baş verib. Zaqatala şəhər sakini, 1988-ci il təvəllüdlü Hənifə Namazəli oğlu Cəbrayılov idarə etdiyi “VAZ 2106” markalı 10 ER 566 dövlət nömrə nişanlı minik avtomobili ilə Donbabinə kəndi istiqamətində hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşını yolun kənarındakı daş hasara çırpıb.
 
Qəza nəticəsində avtomobildə olan sərnişin, Zaqatala şəhər sakini 1983-cü il təvəllüdlü Bəhruz Rəsul oğlu Aldayev aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb. Sürücü Hənifə Cəbrayılov və avtomobildə olan digər sərnişin, Zaqatala şəhər sakini Famil Allahverdi oğlu Yunusov aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıblar.
 
Zaqatala RMX-dan APA-ya verilən məlumata görə, qəza nəticəsində  daxil olan yaralılardan Hənifə Cəbrayılovun vəziyyəti yüngül olduğundan ona ilkin tibbi radım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb. Famil Yunusov isə xəstəxananın travmatologiya şöbəsinə yerləşdirilib, vəziyyətləri orta-ağır qiymətləndirilir. Famil Yunusovun Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilməsinə qərar verilib.
 
Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

Google+ WhatsApp ok.ru