Zaqatalada yenə zəlzələ baş verib

Zaqatalada yenə zəlzələ baş verib

Bakı vaxtı ilə saat 07:29-da Zaqatala stansiyasindan 16 km cənub-qərbdə, Zaqatala ərazisində zəlzələ olub. “Report” AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, zəlzələ episentrdə 4, ətraf rayonlarda 4-3 bala qədər hiss olunub. Zəlzələnin ocağı 6 km dərinlikdə yerləşib. Qeyd edək ki, ötən gün də Zaqatalada 5 bal gücündə zəlzələ baş vermişdi.

Google+ WhatsApp ok.ru