Zaqatalada zəlzələ

Bu gün Zaqatalada zəlzələ baş verib. Maide.az-ın Respublika Seysmoloji Xidmət Mərkəzinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, yeraltı təkan saat 12:50-də Zaqataladan 23 km cənub-qərbdə zəlzələ qeydə alınıb.
 
Zəlzələnin maqnitudası 2,8, dərinliyi 9 km olub.
 
Zəlzələ episentrdə 3 bala qədər hiss edilib.
 
Dağıntı və xəsarət alan olmayıb.
 
Qeyd edək ki, bir necə il öncə Zaqatalada baş verən güclü zəlzələ nəticəsində onlarla ev dağılmışdı. 

Google+ WhatsApp ok.ru