Zaqatalaya leysan yağıb, iki kənd susuz qalıb

Zaqatalaya leysan yağıb, iki kənd susuz qalıb

Zaqatalanın iki kəndində leysan yağışlarının yağması səbəbindən  içməli su təminatında problem yaranıb.
 
Bu barədə Trend-ə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) İctimaiyyətlə əlaqələr departamentinin rəisi Anar Cəbrayıllı bildirib.
 
Qeyd olunub ki, yaranmış problemin aradan qaldırılması üçün işlər görülür:
 
"Hazırda Zaqatalada leysan yağışların yağması səbəbindən Tala çayında lillənmə baş verib. Bu səbəbdən də rayonun Yuxarı Tala və Aşağı Tala kəndlərinin içməli su ilə təminatında problem yaranıb".
 

Google+ WhatsApp ok.ru