Zariya faciəsindən 2 il keçdi - FOTO 14 Dekabr 2017 02:00 Xəbərlər -- Şeyx Zəkzəkinin tərəfdarları paytaxt küçələrinə yürüş etdi Nigeriya xalqı dekabrın 12-si iki il əvvəl (12-14 dekabr 2015-ci il) Zariyada ordunun Əhli-Beyt (ə) ardıcıllarına qarşı törətdiyi qətliamı qınamaq üçün küçələrə çıxıb. Nigeriya İslam Hərəkatının təşkilatıçılığı ilə paytaxt Abucada keçirilən yürüş mitinqinə vətəndaş cəmiyyəti təşkilatları, insan haqları fəalları, sadə vətəndaşlar qoşulublar. Nümayişçilər əllərində Şeyx Zəkzəkinin şəkillərini daşıyaraq, Şeyx Zəkzəki və xanımı Zinət İbrahimlə yanaşı, qanunsuz yerə həbsdə saxlanılan yüzlərlə İMN fəalının da dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasını tələb ediblər. Yüzlərlə insanın həlak olduğu qətliamın üstündən 2 il keçməsinə baxmayaraq, bu cinayəti törədənləri hələ də azadlıqdadır. Bunun müqabilində Ali Məhkəmənin qərarı ilə 1 il əvvəl həbsdən azad edilməsi tələb olunan Şeyx Zəkzəki və xanımı hələ də qanunsuz olaraq həbsdə saxlanılır. Xatırladaq ki, 12-14 dekabr 2015-ci il tarixləri arasında Nigeriya təhlükəsizlik qüvvələri kişi, qadın və uşaq olmaqla yüzlərlə nigeriyalı Əhli-Beyt (ə) ardıcılını öldürmüş və 200-dən çox müsəlmanı həbs etmişdi. Həlak olanların dəqiq sayı məlum deyil, ancaq rəsmi göstərici 347-dən daha çox ola biləcəyini göstərir. Yüzlərlə İMN tərəfdarının da qətliamlardan sonra itkin düşdüyü bildirilir. (deyerler.org) Teqlər : #Zariya faciəsindən 2 il keçdi FOTO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru DSX: Bu il dövlət sərhədini pozan 503 nəfər saxlanılıb Astara(İran)-Astara(Azərbaycan) dəmir yolu xəttinin istismara veriləcəyi tarix açıqlanıb